Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Yaponiyanın səfiri Cuniçi Vada ilə görüşüb.
İslamazeri.com xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.
O qeyd edib ki, görüşdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Tokioda Azərbaycan Ticarət Evinin yaradılması barədə fikir mübadiləsi aparılıb.