Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib
Yayınlanma tarixi: 9.03.2023 18:09:24

Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunda baş verən mina hadisəsi barədə əlavə məlumat yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

“ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır”, məlumatda deyilir.

GÜNÜN MANŞETLERİ