Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ehtiyat zabit və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarının növbəti buraxılış mərasimləri keçirilib.
Bu barədə "İslamazeri.com"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Mərasimlərdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Məzunlar kurs müddətində qazandıqları bilik və praktiki vərdişləri xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Sonda məzunlara sertifikatlar təqdim edilib və xatirə şəkilləri çəkdirilib.