Təbrizin tarixi çarşı bazarında yanğın çıxıb.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Təbrizin tarixi çarşı bazarında yanğın çıxıb.
Təbrizin Tibb Fakültəsinin Təcili Yardım Şöbəsinin sədri Fərzad Rəhmani 19 yanğınsöndürən olmaqla, 29 nəfərin yaralandığını bildirib.
Təbriz Dünya Mirası Məlumat Bazasının müdiri Hüseyn İsmaili Sengeri yanğının 22:00-da başladığını və 8 saat davam etdiyini önə çəkib.
Məlumata görə, yanğında 100-dən çox dükanın ziyan gördüyü bildirilir.
Yanğından Mühafizə İdarəsindən verilən açıqlamaya görə, yanğının səbəbi bərbər dükanında baş verən yanğın olub.
Təbrizin tarixi çarşısı 2010-cu ildə Yuneskoya daxil edilib və ümumilikdə 40 fərqli sənətə aid 5500 dükan fəaliyyət göstərir.
Təbrizin tarixi bazarında yanğın - FOTO