EURO 2,0859 NEFT 69,84
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:13.09.2017 13:57:39

Qətlə yetirilən Elşən Məmmədov “Lotu Quli”nin sağ əli sayılırdı və qəddarlığı ilə ad çıxarmışdı.

Ötən gün Tbilisidə Vaxtanq Qorqasali küçəsində öz avtomobilində güllələnən Elşən Məmmədovla bağlı yeni təfərrüat ortaya çıxıb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı Elşən Məmmədov Rusiya Federasiyasında 2015-ci ildən axtarışdadır.

Məlumata görə, Elşən Məmmədov “Toyota” markalı avtomobilində iki tərəfdən atəşə tutulub. Bu, onu deməyə əsas verir ki, hadisəni törədən 2 nəfər olub.

Gürcüstan polisinin məlumatına görə, artıq hadisə ilə bağlı bir azərbaycanlı saxlanılıb. Bu isə həmin vaxt Elşən Məmmədovla birgə restoranda olan şəxsdir. Məlumatda deyilir ki, Elşən Məmmədov həmin vaxt “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamlarından olan İlqar Hacıyevlə birlikdə şam edirmiş və qəfil küçəyə çıxaraq, avtomibilinə oturub. Bu zaman isə qatillər tərəfindən atəşə tutulub. Qeyd edək ki, qətlə yetirilən Elşən Məmmədov “Lotu Quli”nin sağ əli sayılırdı və qəddarlığı ilə ad çıxarmışdı.

Bir müddət öncə o, “Masallı Rafiq” kimi tanınan Rafiq Eyvazovu restorana çağıraraq, onun sol qulağını kəsmişdi. Bu hadisədən sonra Elşən Məmmədovun başına beş yüz min dollar pul qoyulub.

Elşən Məmmədovun adı Rövşən Lənkəranskinin qətlində də hallanır.

Operativ məlumatlara görə, 39 yaşlı Moskva sahibkarı Elşən Məmmədovun qətlinin maliyyə sponsoru “Fut Siti”nin əsas icarədarlarından biri olan Zaur Əhmədovdur.

Hazırda faktla bağlı Gürcüstanda cinayət işi başlanılıb.


Tbilisidə güllələnən kriminal avtoritetin qətlinin yeni TƏFƏRRÜATI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Əməkdaşlığı Təşkilatın konfransı Tehranda işə başladı
    İslam Əməkdaşlığı Təşkilatın 13-cü konfransı İran İslam Respublikasının paytaxtı Tehranda işə başlayıb
     16.01.2018
    Əli İnsanovun kassasiya şikayəti təmin olunmayıb
    Bu gün Ali Məhkəmədə Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
     16.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ