EURO 1,9164 TRY 0,2892
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:30.05.2019 05:20:10

Tbilisidə bir qrup azərbaycanlı fəal Azərbaycanda 6 il müddətinə həbs edilmiş araşdırmaçı jurnalist Əfqan Muxtalıya dəstək aksiyası keçirib

Tbilisidə bir qrup azərbaycanlı fəal Azərbaycanda 6 il müddətinə həbs edilmiş araşdırmaçı jurnalist Əfqan Muxtalıya dəstək aksiyası keçirib. Onlar əllərində "Əfqan Muxtarlıya azadlıq", "Araşdırmaçının qiyməti 2 milyard dollar" şüarlar yazılmış plakatlarla Gürcüstan parlanentin qarşısında toplaşıblar.

Gürcüstanda oturum izni almış Ə.Muxtarlı 2017-ci ilin mayında Tbilisidə müəmmalı şəkildə yoxa çıxıb. Növbəti gün o, Azərbaycanda həbs edilib.

Jurnalist Tbilisidə oğurlandığını, işgəncələrə məruz qaldığını, məcburi şəkildə Azərbaycana gətirildiyini və saxlanıldığını bildirib.

Sərhədi keçərkən onun cibinə 10 min avro qoyulub.

Rəsmi ittihamda isə onun güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və üstəlik qaçaqmalçılıq yolu ilə 10 min avro keçirməyə çalışmaqda ittiham olunub.

Gürcüstan hakimiyyəti Muxtarlının taleyi barədə məlumata malik olmadığını və onun yoxa çıxmasının araşdırıldığını bildirib.

İstintaq müddətində sərhəd polisinin və əks-kəşfiyyat departamentinin rəhbərləri vəzifədən kənarlaşdırılıb. Bununla belə, istintaq nəticə verməyib və Muxtarlının Azərbaycana necə keçdiyi məsələsi açıq olaraq qalıb.(Turan)


Tbilisidə Əfqan Muxtarlıya dəstək aksiyası

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Daha bir Avropa ölkəsində təxribat: Quran yerə atıldı, müsəlmanlar təhqir edildi
    Norveçdə müsəlmanlara qarşı təxribat törədilib.
     17.06.2019
    Netanyahunun arvadı cəzalandırıldı - SƏBƏB
    İsrail rejiminin Baş nazirinin arvadı cərimələnib.
     17.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ