Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:7.01.2022 12:12:31

Quran tilavəti ilə başlayaraq şeir, rövzə və mərsiyələrlə davam edən mərasimdə Fatimeyi Zəhranın (s.ə) məqamı haqqında ətraflı söhbətlər edilib.

İslamazeri.com xəbər verir ki, bu axşam Peyğəmbərimizin (s) əziz qızı, xanımlar xanımı və imamlar anası Hz. Fatimeyi Zəhranın (s.ə) şəhadəti ilə bağlı Tbilisidə (Poniçala) yerləşən “Əhlibeyt” məscidində əza məclisi keçirilib.

Camaat namazından sonra bölgə üzrə ruhanilərin, yerli və ətraf məntəqələrdən gələn möminlərin iştirakı ilə keçirilən mərasim iki saata yaxın müddətdə davam edib.

Quran tilavəti ilə başlayaraq şeir, rövzə və mərsiyələrlə davam edən mərasimdə Fatimeyi Zəhranın (s.ə) məqamı, misilsiz şəxsiyyəti və örnək insani keyfiyyətləri haqqında ətraflı söhbətlər edilib. Hər iki dünya xanımının bütün insanlığa tövsiyə və dəyərli kəlamları çatdırılıb.
Nəhayət, dua ilə yekunlaşan mərasim sonrası ehsan süfrəsi açılıb.

Allah bu günlərdə (“Fatimə (s.ə) günləri”ndə) belə məclislərin təşkil olunmasında maddi, fiziki və mənəvi əməyi keçən hər kəsdən qəbul etsin. Amin!


Tbilisi "Əhli-Beyt (ə) məscidi"ndə Xanım Zəhra (s) şəhadəti ilə bağlı anım mərasimi keçirilib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ