Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:7.01.2021 11:22:56

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tərəfindən “Yeni klinika” tibb müəssisəsinin nəzdində olan təlim mərkəzində “COVİD19 – vaksinasiya prosesinin təşkili və əlavə təsirlərinin idarə edilməsi” adlı təlimlərə start verilib.

İslamazeri.com-un məlumatına görə, qurumun rəsmi facebook səhifəsində qeyd edilir ki, təlimlər zamanı vaksinin daşınması, saxlanması və istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühim təlimatlar ÜST və UNİCEF – in təlimatları əsasında məruzə, prezentasiya və maket üzərində praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.

Eyni zamanda təlimlər zamanı ilk dəfə olaraq həkim, tibb bacısı və sürücüdən ibarət tibbi briqadanın komanda şəklində işləmə bacarıqları, koordinasiya olunmuş tərzdə sinxron tibbi yardım, müxtəlif situasion hallar zamanı rasional yanaşma taktikaları iştirakçılara təqdim edilmişdir. TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin yüksək ixtisaslı əməkdaşları tərəfindən həyata keçiriləcək təlimlərdə hər həftə 40 nəfərlik həkim briqadasının iştirak etməsi planlaşdırılır.

Məlumat üçün bildirək ki, iştirakçıların prezentasiya əsasında keçirilən təlimlərlərdən ibarət video-təqdimatlar hazırlanaraq TƏBİB-in tabeliyində olan bütün müəssisələrə göndəriləcəkdir.


TƏBİB koronavirusa qarşı vaksinasiya hazırlıq təlimlərinə start verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin:
    Rusiya prezidenti Vladimir Putin Livandakı vəziyyətin dinc və sülh yolu ilə yoluna qoyulmasının tərəfdarı olduğunu bəyan edib.
     22.10.2021
    Zakir Həsənov azad olunmuş rayonlarda hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
    "Yeni inşa edilən poliqonda hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə təlim məşqləri həyata keçiriləcək”.
     22.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ