Tarixi-dini abidələrin bərpasına dair konfrans keçirilib

Tarixi-dini abidələrin bərpasına dair konfrans keçirilib
Yayınlanma tarixi: 22.11.2022 13:48:38

“Şuşa İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Şuşa ili: tarixi-dini abidələrimizin bərpasında yeni mərhələ” mövzusunda konfrans keçirilib.

İslamazeri.com xəbər verir ki, konfransda DQİDK-nın rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaların rəhbərləri, üzvləri, tarixçi mütəxəssislər və media mənsubları iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qələbəmizin rəmzi olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq elan edilən “Şuşa İli” çərçivəsində Dövlət Komitəsinin Tədbirlər Planında yer alan layihələrin yüksək səviyyədə həyata keçirilməsindən bəhs edib.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, AMEA-nın şöbə müdiri Sakit Hüseynov, tarixçi Pərviz Ağalarov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlar bitdikdən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çəkilmiş “Şuşa-270 il” adlı sənədli film nümayiş olunub.

GÜNÜN MANŞETLERİ