1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.05.2019 15:43:04

ABŞ-da akvariumda nadir hadisə baş verib.

İslamazeri.com-un “Daily Mirror”-a istinadən verdiyi xəbərə əsasən, ABŞ-da “Anna” ləqəbli dişi yaşıl anakondan erkəklərin iştirakı olmadan nəslini davam etdirib.

Akvarium əməkdaşları bildiriblər ki, erkəklərin olmadığı yerdə saxlanılırdı. Nəslin davam etdirilməsi isə partenogenez sayəsində baş verib.

Partenogenez ilk növbədə həşəratlara xasdır, lakin anakondalar üçün bu, tarixdəki ikinci haldır.

Üstəlik, anakondanın dünyaya gətirdiyi nəslin böyük hissəsi ölü halda yumurtadan çıxıb, lakin 2 bala sağ qala bilib. Akvarium əməkdaşlarının sözlərinə görə, doğulan həmin anakondalar analarının genetik klonlarıdır.

Partenogenez - cinsi çoxalmanın xüsusi növüdür. Bu zaman yeni orqanizm mayalanmamış yumurta hüceyrədən inkişaf edir. Beləliklə də, qeyri-cinsi çoxalmada olduğu kimi irsi məlumatların mübadiləsi baş vermir. Bitkilərdə baş verən analoji proses apomiksis adlanır.


Tarixdə nadir hadisə: Dişi anakonda erkək olmadan nəsil artırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ