Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Cari ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib.
Bu barədə "İslamazeri.com"a Müdafiə Nazirliyindən məlumat verilib.
Ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.