1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:12.01.2021 17:42:26

Doha sazişi Əfqanıstanda nizamlanmaya yardım edir, Cozef Baydenin administrasiyası onun müddəalarını həyata keçirməlidir.

Taliblər də öz növbəsində sənəddən irəli gələn öhdəliklərinə tam riayət edəcəklər.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu sözləri RİA “Novosti”yə müsahibəsində “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiulla Mücahid deyib.

O qeyd edib ki, müqavilənin imzalanması təşəbbüsü ilə ABŞ çıxış edib və bu saziş daha çox məhz rəsmi Vaşinqtona lazım idi. Mücahid həmçinin vurğulayıb ki, bu günə qədər Bayden müqaviləyə heç bir şərh verməyib.

“Doha sazişi müharibəyə son qoymaq üçün düşünülmüş üsuldur. Bu plan həyata keçməlidir. Növbəti ABŞ hökuməti ona riayət etsə, müharibə bitəcək”, – Mücahid əlavə edib.

Onun sözlərinə görə, istənilən halda taliblər tərəfdən heç bir problem yoxdur və onlar vədlərinə sadiqdirlər: “Bu müqavilə həm ABŞ, həm də əfqan xalqının maraqlarına xidmət edir”.

Xatırladaq ki, 2020-ci ildə Qətərdə ABŞ və “Taliban” radikal terror təşkilatı sülh müqaviləsi imzalayıblar. Sənədə əsasən, xarici hərbi qoşunlar 14 ay ərzində Əfqanıstandan çıxarılmalı, əsirlərin dəyişdirilməsinə dair Əfqanıstan daxilindəki qüvvələr arasında danışıqlar başlamalıdır.


Taliban ABŞ-la razılığa sadiq qalacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dəniz quldurları Türk gəmisinə hücum edərkən bir azərbaycanlı öldürülüb - TƏFƏRRÜAT
    Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
     24.01.2021
    Gürcüstanda ticarət mərkəzləri 1 fevraldan açılır
    Gürcüstanda bazarların açılması ilə bağlı gündəmdə olan məsələ məlum olub
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ