EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:05.01.2019 10:10:03

Telefon danışığında səs tez-tez kəsildiyindən tam anlaya bilmədik...

Tale Bağırzadə özü ailəsilə telefon əlaqəsi saxlayıb və saxlandığı Qobustan həbsxanasında ona qarşı təxribat cəhdləri olduğunu söyləyib: “Həbsxana əməkdaşları onun yanında bloqqer Mehman Hüseynovu söyür, onu qıcıqlandırırlar. Yaxud gecə saatlarında gəlib heç bir əsas olmadan yuxudan oyadırlar. Vəkilini saatlarla gözlədirlər. Ən əsası, hazırda Talehin üzərində xəsarət var. Telefon danışığında səs tez-tez kəsildiyindən tam anlaya bilmədik ki, onu döyüblər, yoxsa özü-özünə xəsarət yetirib. Dediyinə görə, həbsxananın həkimi də xəsarətin olması barədə rəy verib”.

Ailə üzvləri ilahiyyatçının güclü iradəsi olduğunu bildirir və onun özünə xəsarət yetirməsinə inanmır. Amma onlar ehtiyatlanırlar ki, xəsarət barədə həkim rəyi ilə gələcəkdə törədilə biləcək başqa bir təxribata zəmin yaradırlar: “İstisna etmirik ki, Talelə bağlı xoşagəlməz plan ola bilər. Gələcəkdə bunu əllərində əsas götürə bilərlər ki, baxın, bundan əvvəl də özünə xəsarət yetirmişdi”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov “Azadlıq Radiosu”na açıqlamasında T.Bağırzadəyə qarşı təzyiqlər barədə deyilənləri təkzib edib. Bildirib ki, ona qarşı təxribat törədilməsi, xəsarət alması haqda məlumatlar əsassızdır.
T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub.

T.Bağırzadə və digərlərinə qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. İlahiyyatçı 20 il azadlıqdan məhrum edilib. Onunla birlikdə həbs olunan digər şəxslərə də 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

T.Bağırzadə özünü təqsirli bilmir.

(Azadlıq Radiosu)


Tale Bağırzadə haqda xəbər yayıldı, Penitensiar Xidmət açıqlama verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneidən adının Məsumlarla (ə) çəkilməsinə etiraz - ŞƏRHSİZ VİDEO
    İslamazeri.com Ayətullah Xameneinin çıxışını təqdim edir
     27.03.2019
    İrandan Qazaxıstandakı son hadisələrə MÜNASİBƏT
    İranın Xarici İşlər Nazirliyi mətbuat katibi Bəhram Qasımi Qazaxıstanda Prezidenti Nursultan Nazarbayevin istefa qərarını qiymətləndirib.
     27.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ