Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.01.2022 14:50:50

Şuşaya səfər edənlərin hansı qaydalara diqqət yetirməli olduqları açıqlanıb.

İslamazeri.com xəbər verir ki, Şuşa polis rəisi polkovnik Səməd Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşlar bir sıra təhlükəsizlik qaydalarına əməl etməlidir.

 

“Məlum olduğu kimi Şuşa şəhəri minalardan tam təmizlənib. Amma ehtimal var ki, müəyyən yerlərdə döyüş sursatları görmək mümkün olsun. Həmin anda dərhal polis əməkdaşlarına məlumat vermək lazımdır, döyüş sursatlarına toxunmaq olmaz”, - deyə S.Məhərrəmov vurğulayıb.

O həmçinin hərbi qulluqçuların, polis əməkdaşlarının xidmət apardığı postlarda çəkiliş aparmağın yolverilməz olduğunu diqqətə çatdırıb. “Cıdır düzündə göstərilən yerə qədər getmək lazımdır. Düzdür, orada təhlükəsizlik tədbirləri görülüb, ancaq hər kəsdən xahiş edirik ki, göstərilən yerə qədər getsinlər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakı-Şuşa reysi ilə hərəkət edən ilk sərnişin avtobusu Şuşa şəhərinə çatıb. Saat 13:00 radələrində şəhərə daxil olan və 44 sərnişin gətirən avtobus keçmiş avtovağzal ərazisində qarşılanıb.


Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidirlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ