Şuşa və Ağdamdakı mövqelərimiz atəşə tutulub

Şuşa və Ağdamdakı mövqelərimiz atəşə tutulub
Yayınlanma tarixi: 11/30/2022 5:44:18 PM

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

"Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - MN-dən bildirilib.

GÜNÜN MANŞETLERİ