Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.01.2022 14:09:44

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunan Ağdam şəhərinin Baş planı da hazırlanıb".

Hazırda Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı ilkin layihələndirmə işlərinə başlanılıb.

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

Onun sözlərinə görə, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə birinci mərhələdə çəkiləcək qaz xətlərinin dəhlizinin razılaşdırılması ilə bağlı müraciət olunub: ”Qaz xətlərinin dəhlizi razılaşdırıldıqdan sonra artıq layihələndirmə işləri yekunlaşacaq. Müvafiq investisiya vəsaiti ayrıldıqdan sonra Şuşa şəhərinin birinci mərhələdə paylayıcı küçə xətlərinin çəkilməsi nəzərdə tutulur”.

T. Cəfərov bildirib ki, eyni zamanda, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən işğaldan azad olunan Ağdam şəhərinin Baş planı da hazırlanıb: “Artıq bu Baş plan yekun mərhələdə, razılaşmalardadır. Bu Baş plana uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi növbəti aydan Ağdam şəhərinin paylayıcı qaz təchizatı sisteminin layihələndirilməsi işlərinə başlayacaq. Eyni qaydada, layihələndirmə işləri başa çatdıqdan, müvafiq razılaşdırma işləri aparıldıqdan və maliyyə vəsaiti ayrıldıqdan sonra Ağdamda da tikinti-quraşdırılma işlərinə başlanılacaq”.


Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı ilkin layihələndirmə işlərinə başlanılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanın Baş naziri Estoniya parlamentinin sədri ilə görüşüb
    Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.
     23.05.2022
    Xəzərdə üzən gəmilərə xəbərdarlıq edilib
    Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ