Suriyanın XİN başçısı İrandakı iğtişaşlar barədə

Suriyanın XİN başçısı İrandakı iğtişaşlar barədə
Yayınlanma tarixi: 23.11.2022 15:15:41

"Terror təşkilatlarının Suriyada izlədikləri və həyata keçirdikləri bütün taktikalar Tehranda da eyni şəkildə tətbiq olunur"

İslamazeri.com xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdad, Hindistanın Wion televiziyasına müsahibəsində, İrandakı iğtişaşlara və bu fürsətdən terrorçu qrupların ölkədə iğtişaşları artırmaq üçün sui-istifadə etmələrinə toxunaraq deyib:

"Tam səmimi deyirəm ki, terror təşkilatlarının Suriyada izlədikləri və həyata keçirdikləri bütün taktikalar Tehranda da eyni şəkildə tətbiq olunur".

Feysəl Mikdad İrandakı iğtişaşları necə gördüyü ilə bağlı suala cavab olaraq deyib:

"Biz heç bir ölkənin daxili işinə qarışmamışıq. 2 həftə əvvəl Tehranda idim, vəziyyət sakit idi.

Sizə səmimi deyim ki, terror təşkilatlarının Suriyada izlədikləri və həyata keçirdikləri bütün taktikalar Tehranda da eyni şəkildə tətbiq olunur. Təbliğat və sosial media isə hökuməti insanları öldürməkdə günahlandırır".

GÜNÜN MANŞETLERİ