Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:15.06.2022 17:41:31

Alimlər Suriyanın cənubundakı qədim ərazidə ən qədim İslam qəbiristanlıqlarından birini tapıblar.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Marsal Qatar jurnalının xəbərinə görə, tədqiqatçıların Suriyanın cənubundakı Çamat bölgəsində, qədim bir yerdə İslam qəbiristanlığı tapdıqları qeyd edilib.

Bir qrup alimin apardığı araşdırmaya görə, məzarlığın tarixi 1300 il əvvələ gedib çıxır.

Suriyanın Suveyda vilayətinin Tel Karasa bölgəsində, iki nəfərin məzar qalıqlarını tapdıqlarını qeyd edən elm adamları, bu qalıqların VII əsrin sonu və VIII əsrin əvvəllərinə aid olduğunu və bunun Əməvilər dövrünə uyğun gəldiyini qeyd ediblər.

Alimlər qalıqların radiokarbon analizi və dəfn üsuluna görə, daha əvvəl Suriyada tapılan ərəb-islam qəbiristanlığı ilə uyğunlaşdığını bildiriblər.

Araşdırmalar nəticəsində, qalıqların Suriya xalqının genetik quruluşu ilə deyil, Səudiyyə Ərəbistanı xalqının genetik quruluşu ilə uyğun olduğu qeyd edilib.

Tədqiqatçılar hesab edirlər ki, bu araşdırmalar qədim dövrlərdə yaşayan müsəlmanların dəfn mədəniyyətləri haqqında mühüm məlumatlar verəcək.


Suriyada Əməvilər dövrünə aid qəbiristanlıq tapılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb
    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
     15.08.2022
    Binəqədidə yaşayış binasında yanğın olub
    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ