EURO 1,9649 NEFT 80,82
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:19.04.2018 14:26:56

Rusiyalı jurnalist Şərqi Qutada kimyəvi hücum səhnəsinin çəkildiyi xəstəxanada olub

İslamazeri.com Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Rusiyanın “Rossiya24” televiziya kanalının Suriyadakı xüsusi müxbiri Yevqeniy Poddubnıy Şərqi Quta bölgəsinin Duma rayonunda terrorçuların səhnələşdirdiyi kimyəvi hücumun qeydə alındığı xəstəxanada olub.  

Rusiyalı jurnalist terrorçular tərəfindən qeydə alınan görüntülərdə iddia edilən kimyəvi silah istifadəsindən zərər çəkən azyaşlı uşağı taparaq həqiqəti aşkar edib. Belə ki, o, kimyəvi silahdan zərhərləndiyi iddia edilən 11 yaşlı Həsən Diabla görüşərək, azyaşlının səhhətinin yaxşı olduğu və heç bir zəhərlənmə əlamətlərinin olmadığını nümayiş etdirib.  

 

Duma xəstəxanasında olan həkimlər və yerli əhali bildirib ki, iddia edilən 7 aprel kimyəvi silahdan istifadə kadrları rayonda bir neçə evdə baş verən yanğından sonra xəstəxanaya gətirilən və  dəm qazından zərər çəkən insanların üzərində səhnələşdirilib. Terrorçular yanğından zərər çəkən insanları kamerlarla qeydə almağa başlayıb və üzərilərinə su tökublər. Bundan sonra ictimaiyyətə yalan məlumatları paylaşıblar.  

Xatırladaq ki, aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa kimyəvi silahdan istifadə iddialara əsaslanaraq, Suriyaya 110-dan artıq raket atıb. 

 


Suriyada kimyəvi silahdan zəhərləndiyi deyilən uşaq üzə çıxdı...VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Macarıstanda küçədə yaşamaq artıq cinayət sayılacaq
    Macarıstanda qüvvəyə minən qanuna görə küçədə yaşamaq cinayət halına gəlib.
     17.10.2018
    İran: Əhvaz terrorunun təşkilatçısı Əbu Dhoha məhv edildi
    Əhvaz terrorunun təşkilatçısı məhv edildi.
     17.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ