Suriya ordusu İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu əs-Səfa bölgəsində İŞİD terrorçularının işğalı altında olan ərazi üzərində nəzarəti bərpa edib.
Əməliyyat zamanı hökumət qüvvələri “çox sayda” terrorçunu məhv edə bilib.
“Azad edilmiş ərazilərin İŞİD terrorçularından təmizlənməsi davam edir.”, - deyə mənbədən qeyd edilib.
Hərbi mənbənin məlumatına görə, məhv edilmiş terrorçular arasında Əbu Həcir əş-Şişani ləqəbli İŞİD başçısı da var.
Suriya ordusundan tarixi qələbə: İŞİD-in son qalası darmadağın edildi