Belarusun baş nazirini qəbul edən Suriya prezidenti Bəşər Əsəd bildirib ki, qərblilər müharibəni qızışdıran siyasətlə həyatlarını davam etdirirlər.
İslamazeri.com xəbər verir ki, Belarusun baş naziri Roman Qlavçenko dünən günortadan sonra Suriya prezidenti Bəşər Əsədlə görüşüb və ölkə prezidentinin mesajını Əsədə çatdırıb.
Görüş zamanı Suriya prezidenti Əsəd deyib:
"Belarus Avropanın mərkəzində strateji yerləşməsinə, qərarların qəbul edilməsində və siyasətdə müstəqilliyinə görə hədəfə alınıb.
Qərb həyatda qalmaq üçün müharibə siyasətini mənimsəyib. Çünki bu müharibələr dayansa, Qərbin hegemon sistemi çökəcək".
Əsəd qərblilərin Suriya, Rusiya və Belarus kimi ölkələrdə apardıqları müharibə siyasəti ilə məqsədlərinə çata bilmədiklərini və buna görə də iqtisadi müharibəyə üz tutduqlarını bildirib.
Belarusun baş naziri bu günlərdə Qərbdən müstəqil yeni koalisiyaların yaradıldığını da bildirib və qeyd edib ki, Qərbin son iki ildə həyata keçirdiyi hücumlar bu ölkənin həyat şəraitini daha da pisləşdirmək və iqtisadi vəziyyətini dayandırmaqdır.