EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:08.09.2017 19:23:09

İsmail Zəhi Ayətullah Xameneinin cavabından sonra ona xitabən təşəkkür və təqdir ehtiva edən məktub göndərib.

İslamazeri.com "Mehr"ə istinadən xəbər verir ki, İranın cənub-şərqində yerləşən Zahədan Əhli-Sünnə Darul-Ulum Elmiyə Mədrəsəsinin müdiri Mövləvi Əbdülhəmid İsmayıl Zəhi Ayətullah Xameneinin fərmanına təşəkkür edərək təqdir edib.

Məkki məscidinin imamlığını da edən İsmayıl Zəhi 2 avqust 2017 tarixində İran Ali Rəhbəri Ayətullah Xameneiyə xitabən yazdığı məktubda İranda sünni müsəlmanlarının yaşadığı bəzi problemləri qələmə almış və ondan bu məsələ ilə bağlı olaraq məşğul olmasını istəmişdi.

Ayətullah Xamenei də, bu məktuba cavab yazısında, dövlətin bütün orqanlarının konstitusiyaya görə və dini təlimlər çərçivəsində heç bir ayrı-seçkilik qoyulmadan və bütün iranlıların bərabər olduğunu bildirərək, heç bir irq, qrup və məzhəbə üstünlük edilməməsi əmrini vermişdi.

İsmail Zəhi Ayətullah Xameneinin cavabından sonra ona xitabən təşəkkür və təqdir ehtiva edən məktub göndərib.

Sünni din xadimi məktubunun bir hissəsində, İran Ali Rəhbərinin tarixi və dahiyanə əmrinin bölgənin həssas şəraiti nəzərə alındıqda son dərəcə əhəmiyyətli olması ilə yanaşı bu məktubun İslam düşmənlərini narahat edəcək və İran millətini isə sevindirən və milli həmrəylik və davamlı təhlükəsizliyə səbəb olduğunu yazıb.


Sünni din xadimi ikinci dəfə Ayətullah Xameneiyə məktub göndərdi - MƏZMUN

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ