EURO 1,93 TRY 0,2943
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:27.05.2019 02:58:13

Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını dəyişib.

Sumqayıt şəhərinin sabiq icra başçısı vəfat edib.

ONA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını dəyişib. T.Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, T.Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda “Zaqfederasiya” gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib.

1976-cı ildən 1981-ci ilədək kombinata rəhbərlik edən T.Məmmədov 1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışıb. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi “Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib. Dəfələrlə Sumqayıt şəhər sovetinin və Ali Sovetin deputatı olub.

2000-2003-cü illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib.


Sumqayıtın sabiq icra başçısı dünyasını dəyişib - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kütləvi zəhərlənmə faktı üzrə cinayət işi açılıb
    İyunun 25-də 1 saylı Bakı Şəhər Kliniki Mərkəzinə qida zəhərlənməsi diaqnozu ilə 20 nəfər daxil olub
     27.06.2019
    Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin Qusarda yerləşən məqbərəsi ziyarət edilib
    Bir qrup tarixçi, araşdırmaçı, QHT fəalı, jurnalist, məmur, müəllim, tələbə, şagird 26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Şah İsmayıl Səfəvinin babası Şeyx Cüneydin Qusar rayonu Həzrə kəndində yerləşən məqbərəsini ziyarət edib.
     27.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ