1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:28.02.2020 12:35:16

Daha öncə İsrailin Süleymaniyə qarşı əməliyyat zamanı ABŞ-a dəstək verməsilə bağlı da məlumat yayılmışdı.

Almaniya parlamentinin səkkiz nümayəndəsi bu ölkənin dövlət başçılarını general Süleymaninin terrorunda Vaşinqton ilə əlbir olmaqda ittiham edib.

İslamazeri.com  İran mediasına istinadən xəbər verir ki, Almaniya mərkəzi parlamenti "Bundestaq"da solçu partiyadan səkkiz nümayəndə dünən bu ölkənin kansleri Angela Merkelə və onun nazirlər kabineitnin üzvləriən qarşı cinayət işi qaldıraraq, onları İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın Qüds qüvvələrinin komandanı general Süleymaninin terrorunda Vaşinqton ilə əlbir olmaqda ittiham edib.

Solçu partiyanın öz saytında dərc etdiyi bu şikayət ərizəsində Merkeldən əlavə, Almaniyanın xarici işlər, müdafiə və daxili işlər nazirləri Hayko Maas, Anneqret Kramp-Karrenbauer və Horst Zihoferin adları hallanır.

Bu parlament üzvlərinin şikayət ərizəsi Almaniyanın qərbində Ramsteyn hərbi bazasına qayıdır ki, məlumatlara əsasən, orada Qərbi Asiya və Afrika səmasında amerikan PUA-lara nəzarət üçün süni peyk gücləndirici stansiyasından istifadə olunur.

Almaniyada bir məhkəmə 2019-cu ildə bir hökm çıxardı. Həmin hökmə əsasən, dövlət Amerikanın Ramsteyn bazası ilə bağlı əməliyyatlarda beynəlxalq qanunlara hörmət edəcəyi barədə zəmanət verməlidir.

Həmin məhkəmənin hakimləri bildiriblər ki, Amerikanın Yəməndə PUA əməliyyatları keçirərkən Ramsteyn bazasından istifadə etməsi haqda aydın faktlar mövcuddur.

Qeyd edək ki, daha öncə İsrailin Süleymaniyə qarşı əməliyyat zamanı ABŞ-a dəstək verməsilə bağlı da məlumat yayılmışdı.

 

 

Süleymani sui-qəsdində ABŞ-a İsraildən başqa kömək edən ölkə məlum oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ