Sudani: İraqın artıq xarici hərbi qüvvələrə ehtiyacı yoxdur

Sudani: İraqın artıq xarici hərbi qüvvələrə ehtiyacı yoxdur
Yayınlanma tarixi: 15.08.2023 11:39:04

İraqın baş naziri Bağdadın bu qüvvələrlə gələcək əməkdaşlıq formasını müəyyən etmək üçün ABŞ koalisiyası ilə görüşdüyünü bəyan edərək deyib: “İraqın artıq xarici hərbi qüvvələrə ehtiyacı yoxdur”.

İslamazeri.com xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani dünən Bağdadda bu ölkənin bəzi hərbi rəhbərləri ilə görüşüb.

Məhəmməd Şia Sudani deyib: “Bu gün İraqın artıq xarici hərbi qüvvələrə ehtiyacı yoxdur. Beynəlxalq koalisiya qüvvələri ilə gələcək əlaqələrin və əməkdaşlığın formasını müəyyən etmək üçün qabaqcıl səviyyədə müzakirələr davam etdirilir”.

Qeyd edək ki, bu bəyanatlar bu ölkənin müdafiə naziri Məhəmməd Sabit əl-Abasinin başçılıq etdiyi İraq hərbi rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyətinin Vaşinqtona səfərindən sonra verilib.

İraq Silahlı Qüvvələri Komandanlığının sözçüsü Yəhya Rəsul səfərdən əvvəl bu açıqlamaları verib:

"İraq nümayəndə heyəti ABŞ-a səfəri zamanı müxtəlif görüşlərdə iştirak edəcək.

Bu görüşlərdə beynəlxalq koalisiya qüvvələrinin mövcudluğu, İraq və ABŞ arasında ikitərəfli təhlükəsizlik əməkdaşlığı, xüsusilə kəşfiyyat sahəsində təcrübə və məlumat mübadiləsi, İŞİD ünsürlərinin təqibi müzakirə olunacaq.".

İraqın baş naziri eyni zmaanda bu açıqlamaları da verib: “İŞİD-in qapalı dairələrdə planlaşdırılan azğın zehniyyətinin məqsədi bölgəyə hakim olmaq idi. Şiələrin dini nüfuzlu alimi və mərceyi-təqlidi Ayətullah Seyid Əli Sistaninin mövqeyi və iraqlıların fədakarlığı İŞİD-in planını alt-üst etdi".

GÜNÜN MANŞETLERİ