Son sutkada Azərbaycanda 85 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 85 nəfər koronavirusa yoluxub
Yayınlanma tarixi: 4.04.2023 16:50:12

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "İslamazeri.com"a verilən məlumata görə, son sutkada infeksiyaya 85 yeni yoluxma faktı qeydə alınıb.

Koronavirusa yoluxmuş 69 nəfər sağalıb, 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 829 988 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 310 nəfər müalicə olunaraq sağalıb, hazırda 456 aktiv xəstə var. Bu günə qədər 10 189 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 353, bu günə qədər isə ümumilikdə 7 562 699 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 828 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 956 416 olub.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55