Son bir həftədə Somalidə terror təşkilatı Əş-Şəbab-a qarşı aparılan əməliyyatlarda 188 təşkilat üzvü zərərsizləşdirilib.
İslamazeri.com xəbər verir ki, Somalinin İnformasiya Naziri Daud Aveys Cama açıqlamasında, Əş-Şəbab-a qarşı əməliyyatlarda təşkilata qarşı böyük bir qələbə qazanıldığını ifadə edərək, Muduq bölgəsində 170, Aşağı Şabeldə isə 18 Əş-Şəbab üzvünün isə öldürüldüyünü bildirib.
Digər tərəfdən, Somali hökuməti təşkilatın ölkədə geniş istifadə edilən telefonla pul köçürmələrindən istifadə etməməsi üçün yeni tədbirlər görüb.
Hökumət bütün telekommunikasiya şirkətlərindən və mobil pul xidməti təminatçılarından hər bir müştəri üçün fotoşəkil və barmaq izi almağı tələb etdiyini açıqladı.
Gündəlik pul köçürmələrinə də məhdudiyyət qoyulub.
Somali ordusu təxminən 7 aydır Əş-Şəbab qruplaşmasına qarşı həyata keçirdiyi əməliyyatlarda əhəmiyyətli məsafə qət edərək bir çox yaşayış məntəqəsində nəzarəti bərpa edib.