Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçirilir

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçirilir
Yayınlanma tarixi: 31.10.2022 21:01:44

Üçtərəfli görüşdən öncə Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

İslamazeri.com xəbər verir ki, Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Görüş Vladimir Putinin təşəbbüsü ilə keçirilir. Kremlin yaydığı məlumata görə, üçtərəfli görüşdə 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının reallaşdırılması, həmçinin Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət və nəqliyyat əlaqələrinin bərpası və inkişafı müzakirə olunacaq.
Prezident İlham Əliyev oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.
Üçtərəfli görüşdən öncə Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

GÜNÜN MANŞETLERİ