Məktəbli qız smartfondan istifadə edərkən ölüb.

İslamzeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, Qazaxıstanda 14 yaşlı məktəbli Abzalbek Alua Asetkızı enerji toplamağa qoşulmuş smartfonundan musiqi dinləyərək yuxuya gedib, səhər isə o, ölü halda tapılıb.
“Səhərə yaxın smartfonun batareya partladı, bunun da nəticəsində qız ölümcül travmalar aldı”, - deyə bildirilir.
Digər bir versiyaya görə isə, Aluanı elektrik toku öldürüb. Uşağı ölümü bədbəxt hadisə ilə qiymətləndirilib. Faciəyə səbəb olmuş telefonun markası isə açıqlanmayıb.
Smartfon 14 yaşlı qızı öldürdü - SƏBƏB