EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.09.2017 12:17:57

Şirvan şəhərində əhaliyə suyun verilməsində üç gündür çətinliklər yaranıb.

Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, şəhərin əksər ərazilərində su yoxdur.

“Şirvan şəhərində 3 gündür su yoxdur. Sakinlər su avtomobilini məhəllələrə gətirdib, suyu vedrə ilə öz evlərinə daşıyırlar. “Azərsu” ASC ilə əlaqə saxlamışıq, lakin onlar bildirirlər ki, xəbərimiz yoxdur. Elə bil XVII əsrdə yaşayırıq, XXI əsrdə 100000 əhalisi olan şəhəri necə 3 gün susuz qoymaq olar? Bu istidə kişilər, yaşlılar, qadınlar, cavanlar, uşaqlar tər tökə-tökə evlərinə vedrə ilə su daşıyırlar. Belə olmaz...” - deyə Oxu.Az-a sakinlər bildiriblər.

Sakinlər onu da qeyd ediblər ki, suyun kəsilməsi ilə bağlı heç yerdə xəbərdarlıq olmayıb.

Yaranmış problemə aydınlıq gətirən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirdi ki, Şirvan şəhərinin susuz qalmasının səbəbi magistral kəmərdə aparılan təmirlə əlaqədardir: "Şəhərin su xətləri köhnə olduğundan 530 millimetr diametrdə kəmər magistral kəmərlə birləşdirildi. Suyun verilişində fasilə yaranmasının səbəbi də bu idi. Artıq təmir yekunlaşıb".

A.Cəbrayıllının sözlərinə görə, bu gundən şəhərin su təminatı bərpa olunacaq.


Şirvan əhalisi üç gündür susuz qalıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ