EURO 1,8385 TRY 0,2518
USD 1,7 RUB 0,022
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:19.01.2020 23:59:25

2019-cu il dekabr ayının ilk ongünlüyündən bəzi sığorta şirkətləri vətəndaşların qapısına bildirişlər yapışdırmağa başladılar.

2019-cu il dekabr ayının ilk ongünlüyündən bəzi sığorta şirkətləri vətəndaşların qapısına bildirişlər yapışdırmağa başladılar. Bildirişlərdə 2020-ci ildən etibarən daşınmaz əmlakını sığortalamayan şəxslərin cərimələnəcəyi qeyd olunurdu. Son zamanlar isə bir sıra sığorta şirkət və agentlikləri daha da irəli gedərək, həmin bildirişləri insanların “Whatshapp”ına göndərməyə başlayıblar. Ancaq budəfəki bildirişlərdə artıq insanların konkret nə vaxt cərimələnəcəyi də qeyd olunub. İnsanlar arasında panikaya səbəb olan “Whatshapp” bildirişləri sosial şəbəkələrdə də geniş müzakirəyə çevrilib.

“Sığorta şirkətlərinin vətəndaşların telefonuna cərimələnmə ilə bağlı mesajlar göndərməyi absurddur”.

Bu sözləri Lent.az -a İcbari Sığortalar Bürosunun icraçı direktoru Rəşad Əhmədov daşınmaz əmlakın sığortası ilə bağlı şirkətlərin göndərdiyi mesajlardan danışarkən deyib.

Rəşad Əhmədov sığorta şirkətlərinin bütün növ sığorta məhsulu üzrə cərimələmək səlahiyyətinin olmadığını bildirib:

“Sığorta şirkətləri və onlarla birgə fəaliyyət göstərən agentliklərin daşınmaz əmlakın sığortalanması ilə bağlı vətəndaşlara bildiriş yollaması düzgün deyil. Bildirişlərdə hətta insanların hansı tarixdən cərimələnəcəyi də əks olunub. Heç bir cərimələmək səlahiyyəti olmayan şirkət və agentliklərin bunu etməsi nəinki müzakirə mövzusu deyil, hətta tamamilə absurddur. İstər daşınmaz əmlakın sığortası, istərsə də qeyri sığorta növləri üzrə cərimələmək icazəsi olmadığı halda vətəndaşların “Whatshapp”ına cərimələnmə vaxtının göndərilməsi gülüş doğurur”.

İSB-nin sığorta şirkət və agentliklərini cəzalandırmaq səlahiyyətinin olmadığını deyən icraçı direktor, onların Mərkəzi Bank tərəfindən cəzalana biləcəyini də qeyd edib:

“İSB sığorta şirkət və agentliklərini cəzalandıra bilməz. İSB-nin bununla bağlı hər hansı səlahiyyəti yoxdur. Vətəndaşların telefonuna "cərimələnəcəksiniz" mesaj göndərən şirkət və agentlikləri qanunla təsdiq olunmuş qaydada səlahiyyətli orqan cəzalandıra bilər. Hazırda bu funksiyanı Mərkəzi Bank həyata keçirir. Ancaq Mərkəzi Bankın da əmlakını sığortalamayan insanlara cərimə tətbiq etmək səlahiyyəti yoxdur. Yaşayış sahələrinin sığortası ilə bağlı cərimə mexanizmi icra hakimiyyəti orqanlarına, qeyri-yaşayış sahələri üzrə isə Fövqəladə Hallar Nazirliyinə həvalə edilib”.

 
 

“Şirkətlərin əhalini cərimə ilə qorxutması gülüş doğurur” - İcbari Sığortalar Bürosu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Parazit əleyhinə preparat koronovirusa qarşı effektivdir
    Parazit əleyhinə preparatın koronovirusa qarşı effektivliyi sübut olunub
     06.04.2020
    Türkiyədə koronavirus peyvəndinin ilk addımı:  SARS-COV-2 izolyasiya edildi
    Ankara Universitetinin Biotexnoloji İnstitutunun direktoru professor dr. Aykut Özkül açıqlayıb
     06.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ