Şirazda növbəti terror cəhdinin qarşısı alınıb

Şirazda növbəti terror cəhdinin qarşısı alınıb
Yayınlanma tarixi: 28.10.2022 15:11:05

İranın Fars əyalətinin inzibatı mərkəzi Şiraz şəhərində izdihamlı prospektlərin birində terror aktının qarşısı alınıb.

İranda Şahçeraq (ə) ziyarətgahında baş verən terror hadisəsindən sonra Şirazın Məali-Abad şəhərinin hərəkətli küçəsində bomba partlatmaq istəyən şəxs saxlanılıb.

İslamazeri.com FarsNews-a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat veriblər.

Bildirilib ki, Şirazın izdihamlı Məali-Abad prospektində insanların çox get-gəl etdiyi yerdə bomba zamanında aşkarlanaraq zərərsizləşdirilib.

Bombanı yerləşdirən və özünü səfil kimi aparan şəxs də təhlükəsizlik və kəşfiyyat qurumlarının ayıqlığı nəticəsində ələ keçirilib.

Qeyd edək ki, terror aktına cəhd Şirazda İmamzadəyə hücumdan bir neçə saat sonra baş verib ki, bu terrorun da zamanında qarşısı alınıb.

GÜNÜN MANŞETLERİ