Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.05.2022 11:44:19

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı məhkəməyə verilən şikayətlər üçün iddia müddətinin axımının dayandırılması halları təkmilləşdirilir.

İslamazeri.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Həmin hallardan biri Məcəllənin 38.3.2-ci maddəsinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarının qərarlarından Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına verilmiş şikayətə baxılması zamanı müddətin axımının dayandırılmasıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası 2020-ci ilin əvvəlindən etibarən COVİD-19 pandemiyası ilə əlaqədar fəaliyyət göstərmir. Eyni zamanda ixtisaslaşmış inzibati məhkəmələrin formalaşdırılması ilə əlaqədar bundan sonra yalnız mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarının fəaliyyət göstərməsi nəzərdə tutulub.

 

Qeyd edilənlərə əsasən İnzibati Prosessual Məcəllənin 38.3-cü maddəsinə müvafiq dəyişiklik hazırlanıb. Dəyişikliyə əsasən, mübahisələndirmə və məcburetmə haqqında iddia növlərində olan şikayət mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuralarına verildiyi halda, həmin şikayətlərdən məhkəməyə şikayət verilməsi üçün İPM-nin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulan iddia müddətinin axımının, həmin şuraların şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılması təklif edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Şikayətlə əlaqədar iddia müddətinin dayandırılması qaydası dəyişir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan manatının dövretmə sürəti azalıb
    Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
     27.09.2022
    İşğal dövründə Yuxarı Gövhər Ağa məscidinə edilmiş müdaxilələr aradan qaldırılıb
    Bərpa işlərinin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
     27.09.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ