Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinin təşkili qaydası dəyişib.
İslamazeri.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Xidmətin aparatı, Xidmətin strukturuna daxil olan qurumlar tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), Xidmətin vahid sistemini təşkil edəcək. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir
İndiyə qədər Xidmətin aparatı, Xidmətin strukturuna daxil olan qurumlar (yerli baş idarə, idarələr, şöbələr və bölmələr) və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xidmətin vahid sistemini təşkil edirdi. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirirdi.
Həmçinin, fərmana əsasən, Xidmət rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavinləri vardır. Xidmət rəisinin müavinləri Xidmətin rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
İndiyə qədər Xidmət rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir birinci müavini və üç müavini var idi. Xidmət rəisinin müavinləri Xidmətin rəisinin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırdılar.
Eyni zamanda fərmana əsasən, Xidmətdə Xidmətin rəisindən (kollegiyanın sədri), onun müavinlərindən və Xidmətin digər rəhbər vəzifəli şəxslərindən ibarət kollegiya yaradılacaq. İndiyə qədər Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi də kollegiyada təmsil olunurdu.