Alimlər Türkiyədəki güclü zəlzələlərin dövriliyini olduqca qeyri-adi hesab edir.
Mərkəzi Türkiyənin Qəhrəmanmaraş əyalətində olan ikiqat zəlzələ qlobal seysmik təzahürlər miqyasında “olduqca qeyri-adidir“.
İslamazeri.com AA-ya istinadən xəbər verir ki, bu fikri professor Pol Martin May səsləndirib.
O xatırladıb ki, mərkəzi Elbistan rayonunda olan 2-ci yeraltı təkan mərkəzi eyni əyalətin Pazarcık rayonunda olan ilk zəlzələnin afterşoku olub.
Alimin sözlərinə görə, 7,6 bal gücündəki 2-ci güclü zəlzələ ilk zəlzələdən bir neçə saat sonra baş verib, bu isə qlobal təbii hadisələr miqyasında “olduqca qeyri-adi” bir haldır. Bu cür hal həmçinin “ikili zəlzələlər” də adlandırılır.
“İkinci zəlzələnin episentri birincindən 100 km məsafədə yerləşib. Bu o deməkdir ki, ikinci zəlzələ birincinin afterşoku olmayıb. Hər zəlzələnin öz afterşokları olub“, – deyə May qeyd edib.
O vurğulayıb ki, afterşoklar xilasedicilər, tibb işçiləri, təhlükəsizlik qüvvələri və vətəndaşlar üçün təhlükələr yaradır.
Yapon seysmoloq Morivaki Yoşinori bildirib ki, Qəhrəmanmaraşdakı zəlzələ 1939-cu ildə Ərzurumda baş vermiş zəlzələdən sonra ölkə tarixinin ən güclü zəlzələsidir.
Yoşinori əlavə edib ki, Türkiyə ərazisindəki qırıntı xətləri hərəkətə gəlib.
“Bu, 3 il öncə Silivri rayonundan başlayıb. Bu illər ərzində Elazığ, Bingöl, Muğla və İzmirdə çox sayda zəlzələlər baş verib. Söhbət hərəkətə keçən 6 plitədən gedir“, – deyə o vurğulayıb.
Yoşinori deyib ki, baş verənlərdən dərs götürmək və önləyici tədbirlər görmək lazımdır.