Səxavət haqqında HƏDİSLƏR

Səxavət haqqında HƏDİSLƏR
Yayınlanma tarixi: 11/22/2021 7:43:29 PM

"Səxavətli olan ağa olar."

İslamazeri.com səxavət haqqında hədisləri təqdim edir:

İmam Əli (ə):«Əldə etdiyin hər şeyi bəxşiş et ki, hörmətin olsun.»

İmam Əli (ə):«Səxavət insanı əleyhdarlarına da sevdirər, simiclik isə hətta, övladlarında da ona qarşı nifrət oyadar.» 

İmam Əli (ə):«Səxavət alicənablıqdan irəli gəlir.»

İmam Əli (ə):«Səxavət əsl başucalığıdır.»

İmam Hüseyn (ə):«Səxavətli olan ağa olar.»

Ən böyük səxavət

Allahın Peyğəmbəri (s):«Ən səxavətli insan öz canını və malını Allah yolunda bəxş edəndir.» 

İmam Əli (ə):«Ən böyük səxavət yoxsul vaxtı bəxşiş etməkdir.» 

İmam Hüseyn (ə):«Ən səxavətli insan, ona ümid bəsləməyənə bəxşiş edəndir.»

Səxavətli insanın xüsusiyyəti

İmam Sadiq (ə):«Səxavətli insanın üç xüsusiyyəti var: Varlı və kasıb vaxtında öz malından bəxşiş edər, mustəhəqqə (yəni, şəriət baxımından yardım düşən şəxsə) bəxşiş edər və yaxşılığının müqabilində ona edilən təşəkkürü bəxşiş etdiyi şeydən daha üstün və qiymətli bilər."

GÜNÜN MANŞETLERİ

İsrail ordusu Məscidül-Əqsa imamını qaçırdı
DÜNYA / İSLAM DÜNYASI

İsrail ordusu Məscidül-Əqsa imamını qaçırdı

2/17/2026 10:52:08 AM
Qaradağlı faciəsindən 34 il ötür
ÖLKƏ / MÜXTƏLİF

Qaradağlı faciəsindən 34 il ötür

2/17/2026 10:09:01 AM
Əraqçi Cenevrədə Qrossi ilə görüşüb
DÜNYA / SİYASƏT

Əraqçi Cenevrədə Qrossi ilə görüşüb

2/16/2026 5:16:13 PM
Rubio: İranla razılaşma mümkündür
DÜNYA / MARAQLI

Rubio: İranla razılaşma mümkündür

2/16/2026 5:13:35 PM