Səudiyyədə əcnəbilərə vətəndaşlıq verilməyə başlanacaq

Səudiyyədə əcnəbilərə vətəndaşlıq verilməyə başlanacaq
Yayınlanma tarixi: 25.03.2023 14:32:36

Səudiyyədə əcnəbilərə vətəndaşlıq verilməyə başlanacaq.

Səudiyyə Ərəbistanı rəhbərliyi seçilmiş əcnəbilərə vətəndaşlığın verilməsi ilə bağlı qərar qəbul edilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, qanun baş nazir və vəliəhd şahzadə olan Məhəmməd bin Salmana daxili işlər nazirinin təklifi ilə seçilmiş əcnəbilərə vətəndaşlıq təqdim etməyə imkan verir.

Səudiyyə Ərəbistanının vətəndaşlığına dair qanunun 8-ci maddəsinə düzəlişlərin təsdiqi ilə bağlı kral fərmanı 13 martda qüvvəyə minib.

Daha öncə, kral Salman bin Əbdül-Əzizin göstərişinə əsasən, əcnəbi kişilərlə ailə həyatı quran səudiyyəli qadınların uşaqları 18 yaşına çatdıqda vətəndaşlığın alınması ərizəsi vermək hüququ əldə ediblər.

Hazırda ölkə vətəndaşı olan kişilərin dünyaya gələn övladlarına avtomayik olaraq krallıq vətəndaşlığı verilir. Əcnəbi atalardan dünyaya gələn uşaqlar da vətəndaşlığın rəsmiləşdirilməsi ərizəsi verə bilərlər, lakin onlar bir sıra kriteriyalara uyğun olmalıdırlar; məsələn, Fars körfəzi ölkələrindən birində anadan olub yaşamalıdırlar, ərəb dilini bilməlidirlər və məhkumluqları olmamalıdır.

GÜNÜN MANŞETLERİ