Səudiyyə Ərəbistanının Həcc nazirliyi Krallıq ərazisində yerləşən müqəddəs məkanları ziyarət etməyə hazırlaşan müsəlmanlara müraciət edib və onların koronavirus peyvəndi vurdurmasını istəyib.

İslamazeri.com "Az.shafaqna.com"a istinadən verdiyi xəbərə görə, qurumun başçısı Saleh Benten qeyd edib ki, ölkədə COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür. Nazirin özü də koronavirusa qarşı peyvənd vurdurub.
Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanında kütləvi peyvəndləməyə start verilib. Artıq vəliəhd şahzadə Muhəmməd ibn Salman, Baş müfti Əbdül Əziz əl-Şeyx və hökumətin bir sıra üzvlərinə peyvənd vurulub.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında vaksinasiya ABŞ-ın “Pfizer” şirkətinin istehsal etdiyi preparatla həyata keçirilir.
Səudiyyə zəvvarlara: Peyvənd vurdurun sonra...