Sergey Lavrov Kremlə edilən hücumu qiymətləndirib

Sergey Lavrov Kremlə edilən hücumu qiymətləndirib
Yayınlanma tarixi: 6.05.2023 10:19:56

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumlara danışaraq deyil, konkret addımlarla cavab verəcəklərini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kremlə pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumlara danışaraq deyil, konkret addımlarla cavab verəcəklərini bildirib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Sergey Lavrov  Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra Rusiya mətbuat orqanlarına açıqlama verib.
Kremlə Ukrayna tərəfindən edildiyi bildirilən PUA hücumunu qiymətləndirən Sergey Lavrov deyib: ''Bu açıq-aşkar düşmənçilik aktı idi''.
ABŞ və Ukraynanın Kremlə edilən hücumlarla bağlı ittihamları rədd etməsini tənqid edən Sergey Lavrov deyib: "Ukraynalı və qərbli dostlarımız yalan danışmağı yaxşı bacarırlar''.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov vurğulayıb ki, bütün bu vəziyyət Ukrayna prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi administrasiyanın hərəkətlərindən daha dərin böhranın göstəricisidir''.

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55