Səhiyyə Nazirliyi Naxçıvan MR-ın Səhiyyə Nazirliyinə müraciət edib

Səhiyyə Nazirliyi Naxçıvan MR-ın Səhiyyə Nazirliyinə müraciət edib
Yayınlanma tarixi: 19.12.2022 12:02:51

Səhiyyə Nazirliyində 2022-ci ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.

Səhiyyə Nazirliyində 2022-ci ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.

Bu barədə "İslamazeri.com"a nazirlikdən məlumat verilib.

Təyinat nazirlik kollegiyasının 13 oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb. Həkim-mütəxəssislərin təyinatı onların ailə vəziyyəti, daimi yaşayış yeri, onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsi, müvəffəqiyyət göstəriciləri (yekun attestasiyanın nəticələri) nəzərə alınmaqla həyata keçirilib.

Təyinatda dövlət sifarişi əsasında rezidentura təhsili almış 214 həkim-mütəxəssis iştirak edib.

Həkim-mütəxəssislərin bir hissəsi bölgələrdə işləməyə üstünlük veriblər. Əksəriyyəti isə Bakı şəhərində yerləşən tibb müəssisələrini, o cümlədən Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Analitik Ekspertiza Mərkəzi, Milli Onkologiya Mərkəzi, Mərkəzi Klinika, V. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Respublika Klinik Xəstəxana, Respublika Uşaq Klinik Xəstəxanası, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, QİÇS-lə mübarizə Mərkəzini, eyni zamanda Bakı şəhəri üzrə digər tibb mərkəzlərindəki vakant həkim vəzifələrini seçiblər və onlara həmin tibb müəssisələrinə göndəriş verilib.

Naxçıvan Muxtar Respublikasında yaşayan həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə müraciət olunub.

Qanunvericiliyə uyğun olaraq, təyinat üzrə iş yerlərinə göndəriş verilən həkim-mütəxəssislər əmək fəaliyyətlərini 3 il müddətində həmin tibb müəssisəsində davam etdirməlidirlər.

Növbəti tədris ilindən etibarən təyinatın elektron xidmət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən normativ sənəd layihəsi hazırlanıb və təsdiq olunduqdan sonra tətbiq ediləcək.

GÜNÜN MANŞETLERİ