Səhiyyə Nazirliyi apteklərdə dərman qıtlığının yaranmasına münasibət bildirib

Səhiyyə Nazirliyi apteklərdə dərman qıtlığının yaranmasına münasibət bildirib
Yayınlanma tarixi: 12.10.2022 11:02:06

Səhiyyə Nazirliyi bir sıra dərmanların satışda tapılmamasına aydınlıq gətirib.

İslamazeri.com xəbər verir ki, Nazirliyin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

Qeyd olunub ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: "Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur.

O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ Səhiyyə Nazirliyi və Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Xatırladaq ki, son zamanlar apteklərdə adrenalin tərkibli dərmanların qıtlığı müşahidə olunur.

GÜNÜN MANŞETLERİ