Şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ödəniləcək

Şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ödəniləcək
Yayınlanma tarixi: 9.03.2023 12:48:21

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik edilib.

İslamazeri.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək. İndiyə kimi Şəhid və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsindən, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilirdi. Pensiya və müavinətlərə çəkilən xərclər isə dövlət sosial müdafiə fondunun büdcəsi və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilirdi.

GÜNÜN MANŞETLERİ