EURO 1,9267 NEFT 67,11
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.10.2018 23:01:18

Azərbaycan Fransaya nota verib.

Azərbaycan Fransaya nota verib.

XİN-dən İslamazeri.com-a verilən məlumata görə, Fransa səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Ona Fransa nümayəndələrinin Azərbaycanın maraqlarına, onun suverenliyi və ərazi bütövlüyünə toxunan bir sıra addımları, o cümlədən bu yaxınlarda Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil bələdiyyəsinin rəhbəri tərəfindən edilmiş qanunsuz səfərlərlə bağlı rəsmi etiraz bildirilib.

Fransa nümayəndələrinin bu kimi addımlarına hüquqi və siyasi qiymətləndirmə verilib, Fransa Hökuməti bu ölkənin fiziki və hüquqi şəxslərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısının alınması üçün effektiv tədbirlər görməyə çağırılıb və qarşı tərəfə AR XİN-in rəsmi notası təqdim olunub.


Səfir nazirliyə çağırıldı - Azərbaycandan Fransaya NOTA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Stoltenberq: Avropa ordusu NATO-ya alternativ ola bilməz
    NATO Baş katibi Yens Stoltenberq Avropa Birliyinin (AB) öz ordusunu qurmaq istəməsinə dair "Avropa ordusu NATO-ya alternativ ola bilməz",- deyib.
     16.11.2018
    Avropa Birliyi: PKK terror siyahısında qalacaq
    Avropa Ədalət Divanı PKK-nın Avropa Birliyinin (AB) terror təşkilatları siyahısında qalmasına qərar verib.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ