EURO 1,9187 NEFT 66,36
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:14.06.2018 16:34:11

Suriya lideri ölkənin cənubunun azad edilməsi planları haqda danışıb.

İslamazeri.com-un “Əl-Ələm” telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, hələ ki, Suriyanın cənubunun azad edilməsi ssenarisi müəyyən edilməyib: ya sülh ilə həll ediləcək, ya da ki, güc yolu ilə.

“Suriyanın cənubu seçim qarşısındadır: Ya sülh, ya da güclə azad etmə. İsrail və ABŞ-ın barışıq və sülh əldə edilməməsi üçün həmin bölgədəki terrorçulara etdiyi təzyiqlərə görə, hazırda (sülh prosesinin) gözlə görünən nəticələri yoxdur.”, - deyə Əsəd qeyd edib.

O aydınlıq gətirib ki, Şərqi Qutada olduğu kimi, cənub üçün də böhranın sülh yolu ilə həll edilməsi üçün barışıq variantı təklif edilib. “Rusiya tərəfi digər bölgələrdəki kimi problemin həll edilməsi və barışıq üçün fürsətin verilməsi təklifi ilə çıxış edib. (Rusların) bu təklifi bizi qane edir.”, - deyə suriyalı lider bəyan edib.

O həmçinin qeyd edib ki, Rusiya, ABŞ və İsrail arasında Suriyanın cənubuna dair danışıqlar davam etdirilir.


Əsəddən cənubdakı terrorçulara: Ya ölüm, ya qalım!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tovuzda məktəblilər spirtli içkidən zəhərləniblər: Biri şokda
    Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.
     16.02.2019
    Ruhani: ABŞ və İsrail terrorun baş mənbələridir
    Ruhani Soçidə görüşən İran, Rusiya və Türkiyənin birgə məqsədinin regionda və Suriyada terrorla mübarizə olduğunu bildirib.
     16.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ