Suriya prezidenti Bəşər Əsəd ümumi amnistiya haqda fərman verib.

İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşər Əsəd ümumi amnistiya haqda fərman verib. Həmin sənəd hərbi xidmətdən boyun qaçırmış hər kəsə şamildir.
Suriya prezidentinin mətbuat-xidmətindən qeyd ediblər ki, cinayət məsuliyyətindən gizlənmiş şəxslərə təslim olmaq üçün 3 ay (əgər ölkə daxilindədirsə) və 6 ay (əgər ölkə xaricindədirsə) vaxt verilib.
Xatırladaq ki, daha öncə Bəşər Əsəb bəyan etmişdi ki, əgər “Ağ dəbilqəlilər” təşkilatının üzvləri silahı yerə qoyub amnistiyadan istifadə etməkdən imtina etsələr, onlar digər terrorçular kimi məhv ediləcəklər.
Əsəd fərarilərə 3 ay vaxt verdi - AMNİSTİYA