Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.01.2022 19:20:55

Sayt rəhbəri öz facebook səhifəsində məhkəmə qərarı ilə razı olmadığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu yazıb.

İslamazeri.com Turan-a istinadən xəbər verir ki, "Jamaz.info" saytının rəhbəri İbişbəyli Fikrət (Fikrət Fərəməzoğlu) 500 manat cərimə olunub, bu barədə Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir.

Cinayət təqibindən kənar icraatlar idarəsində aparan araşdırmalar nəticəsində Fikrət İbişbəylinin Şuşa şəhərinin Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus “jamaz.info” xəbər saytında yerləşdirdiyi müəyyən olunub.

Bununla əlaqədar yanvarın 12-də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.

Sayt rəhbəri öz facebook səhifəsində məhkəmə qərarı ilə razı olmadığını və apellyasiya şikayəti vermək niyyətində olduğunu yazıb.


Sayt rəhbəri cərimələndi - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amnistiya Aktı ilə cərimə cəzasından azad edilən şəxslərin sayı açıqlanıb
    Həmin şəxslər 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad olunublar.
     24.01.2022
    Lukaşenko:
    “Bizə heç bir müharibə lazım deyil. Lakin elə bu amerikalıların özü polyaklar, latışların əli ilə və şəxsən özləri bizi bu addımlara sövq edir“.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ