EURO 1,9852 NEFT 78,35
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:24.11.2017 09:44:04

Təbii antibiotik olan sarımsaq ləzzəti ilə də mətbəximizdə əvəzolunmazdır

Bəs sarımsağın necə saxlanıldığını və sarımsağın hansı müddətə təzə qaldığını heç bilirsiniz?


Bir baş qabıqlı sarımsağı düzgün şəraitdə saxladıqda 6 aya qədər qala bilir. Bir diş qabıqlı sarımsağın saxlama ömrü isə 3 həftəyə qədərdir.
Ancaq qabığı soyulmuş sarımsaq sürətlə xarab olmağa başlayır. Soyulmuş, ancaq bütöv halda olan sarımsaq dişləri soyuducuda bir həftəyə qədər qala bilir. Ancaq bu doğranmış və ya döyülmüş sarımsağa aid deyil. Sarımsağı doğrayandan sonra bir gün ərzində istifadə edilməlidir.

Əgər doğranılmış sarımsağı saxlamaq istəyirsinizsə, kiçik bir qabın içinə qoyub üstünə zeytun yağı əlavə edərək, vakum şəraitində saxlamalısınız. Bu şəraitdə doğranmış sarımsağın ömrünü iki, hətta üç günə qədər uzada bilərsiniz, əlbəttə düzgün şəraitdə saxlasanız.

Xülasə, sarımsağın uzun ömürlü olması üçün görəcəyiniz ilk iş, həmişə soymamışdan qabaq ehtiyacınız olan qədər soyub doğramaqdır.

Digər tərəfdən, aldığınız sarımsağın daha uzun ömürlü olmasını düzgün saxlama şəraitini yaradaraq da təmin edə bilərsiniz. Bunun üçün qabıqlı sarımsaqları quru, sərin, yaxşı havalanan qaranlıq bir yerdə saxlamaqdır.
Bu halda ilk ağla gələn saxlama yeri soyuducu olsa da, sarımsaq soyuducuya qoyulmamalıdır. Otaq temperaturunda və soba kimi, istilik mənbələrindən kənarda saxlanılmalıdır. Beləliklə, sarımsağın ömrünün ən uzun olacağı yer zirzəmidir.
Bəs sarımsağın xarab olduğunu necə bilmək olar? Əvvəlcə qabıqların üzərində, səthində tündləşmələr, rəng dəyişiklikləri varsa, demək o sarımsaq xarabdır. Yaşıl cücərtilər də o sarımsağa üstünlük verməməli olduğunu göstərir. Cücərmiş sarımsağın sağlamlıq baxımından heç bir zərəri yoxdur, ancaq dadı təzə sarımsaqdan fərqlidir.
Sarımsağı əlinizdə astaca sıxdıqda yumşaq olduğunu hiss etsəniz, bu da xarab olmasından xəbər verir.


Təzə və dadlı sarımsaq ağ olur. Rəngi saralmış bir sarımsağı, əgər mümkündürsə, istifadə etməyin. (deyerler.org)


Sarımsağı xarab olmadan necə saxlamaq olar?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AŞURA 2018: Məşhədi Dadaş məscidi - FOTO-VİDEO
    Bu gün ölkəmizdə Aşura məclisləri keçirilib.
     20.09.2018
    Fındıq qabğının FAYDALARI
    Türkiyədə iki il davam edən tədqiqatın nəticələri açıqlanıb.
     20.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ