1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:26.01.2019 23:24:28

Hakimiyyətdəki "Sairun" Koalisiyası parlementarisi Əsəd Əbdülsadiq belə deyib

İraqın "Sairun" (İslahata Yürüyüş) Koalisiyasının parlamentarisi Əsəd Əbdülsadiq İraq ilə ABŞ arasında strateji müqavilənin yenidən nəzərdən keçirilməsini istəyib.

İslamazeri.com xəbər verir ki, İraq mətbuatına açıqlama verən Əbdülsadiq 2010-cu ildə ABŞ ilə İraq arasında bağlanan strateji müqaviləni rədd etdiklərini və yenidən nəzərdən keçirilməsi lazım olduğunu söyləyib.

Hakimiyyətdəki "Sairun" Koalisiyası parlementarisi Əsəd Əbdülsadiq belə deyib:

"Strateji müqavilədə, ABŞ ordusunun İraqdan çəkilməsi haqqında heç bir maddə yoxdur. Bu səbəblə yenidən nəzərdən keçirilməsi lazımdır və qısa zamanda bu qüvvələrin İraqı tərk etməsi lazımdır".

"Sairun" Hərəkatı "xarici" qüvvələrin İraqı tərk etməsilə bağlı məclisə təqdim etmək üçün bir layihə hazırlayır. Bu qərar ilə ABŞ əsgərlərinin İraqdan çıxarılması məqsədi güdür.

ABŞ Prezidenti Donald Trampın Suriyadan çıxma qərarından sonra İraqdakı ABŞ hərbi bazalarının genişləndirilməyə başlanması ilə hərbi hərəkətlilik də yaxşıca artıb. Buna görə də şiə partiyalardan "Sairun" Koalisiyası başda olmaqla, bir çox şiə partiya narazıdır.


Sairun: ABŞ ordusu İraqı tərk etməlidir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ