EURO 1,9105 TRY 0,2917
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:10.04.2019 18:01:24

Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevinc Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb.

Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevinc Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb.
Buta.media-nın məlumatına görə, belə ki, intihar edən şagirdə “pozğun ailənin uşağı” damğasını vuran direktorla bağlı bundan öncə də şikayətlər olub.

Belə ki, yerli KİV-də 2019-cu ilin fevral aynda Sevinc Abbasova ilə məcburi köçkün ailəsi arasında qalmaqal yaşanıb. S.Abbasova həmin məktəbdə oxuyan məcburi köçkün Səbahət Mehdiyevanın övladını 9-ci sinif şagirdini mütəmadi olaraq təhqir edib.

Bu dəfə də direktor əxlaq normalarını ortaya ataraq məktəbli qıza bildirib ki, “bəs sən niyə oğlanla bir yerdə oturursan?”

S.Mehdiyeva məktəb direktorundan şikayət edərək bildirib ki, S.Abbasova onun qızını məktəbdən qovmaq istəyib:

“Qızım əlaçıdır, şərəf lövhəsində də fotosu var. Həmin sinifdəki iyirmi uşağın hamısını direktor gözümçıxdıya salmışdı. Qayınatam Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu.

Bundan əvvəl də beşinci sinifdə oxuyan oğlumun sənədləri üstümə tullamışdı. Demişdi ki, sən məcburi köçkünsən, apar uşağın məcburi köçkün məktəbində oxusun, burada oxumağa haqqı çatmır. Mən də uşaqlarımı aparıb Zəngilan məktəbinə qoydum”.

Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.

Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.


Şagirdi özünə qəsd edən məktəbin direktoru ilə bağlı yeni FAKTLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi İrəvan Elmar Məmmədyarovu təkzib edir
    O həmçinin, Ermənistan və Azərbaycan xarici işlər nazirllərinin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyi ilə bağlı Elmar Məmmədyarovun bu gün dediklərini də təsdiq və ya təkzib etməyib.
     19.04.2019
    Əfqanıstanda fəlakət: 500-dən çox ölü və yaralı
    Əfqanıstanda təbii fəlakət böyük ziyan və itkilərə səbəb olub.
     19.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ