EURO 1,8722 TRY 0,2967
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:20.05.2019 11:00:04

Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.

İslamazeri.com Publika.az-a istinadla xəbər verir ki, sabiq icra başçısının oğlu Hünər Rzayev qəbul etdiyi dərmanların təsiri nəticəsində dünyasını dəyişib. H.Rzayevin səhhətində bir müddət imiş ki, problemlər yaranıbmış və o, mütəmadi ağrıkəsici dərmanlar qəbul edirmiş. Bir neçə gün əvvəl o, normadan artıq ağrıkəsici qəbul edib və kimyəvi tərkibli həblərin orqanizmə təsiri nəticəsində komaya düşüb. Bakıdakı xəstəxanalardan birinə çatdırılsa da, Hünər Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

H.Rzayevin vəfat etdiyi gün, onun Lənkəranda yaşayan əmisi, rayonun sabiq icra başçısı Yaşar Rzayevin qardaşı Namiq Rzayev insult keçirib. O, Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada vəfat edib.

Bildirilir ki, Hünər Rzayev xeyli müddət Vergilər Nazirliyində çalışıb. Keçən il vergilə naziri Mikayıl Cabbarovun işdən çıxarılmasına qərar verdiyi 64 nazirlik əməkdaşı arasında o da olub. Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan Hünər Rzayev işdən kənarlaşdılıb.

Qeyd edək ki, Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin oğlu Hünər Rzayev və qardaşı Namiq Rzayev dünyasını dəyişib.

Allah rəhmət eləsin!


Sabiq icra başçısının ailəsindəki faciənin TƏFƏRRÜATI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin, Ərdoğan və Ruhanidən İsrailə qarşı birgə bəyanat
    Türkiyə, Rusiya və İran prezidentləri birgə bəyanatla çıxış ediblər.
     17.09.2019
    Müxalifət ümid edir ki, bəyan edilmiş üç yerdən birində mitinq keçirilməsinə icazə veriləcək
    Milli Şura sentyabrın 28-də mitinqə hazırlaşır və ümid edir ki, hakimiyyət bəyan edilmiş üç yerdən birində mitinq keçirməyə icazə verəcək.
     17.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ